Sərtləşdirilmiş karantinin bəzi detalları müəyyənləşdi: Hansı sahələr bağlanır?

Sərtləşdirilmiş karantinin bəzi detalları müəyyənləşdi: Hansı sahələr bağlanır?
  • Cəmiyyət / Manşet

  • Xəbər verdiyimiz kimi, bu gün saat 16.00-da Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqi keçiriləcək. Brifinqdən öncə isə Operativ Qərargahın karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərarlarının açıqlanacağı gözlənilir.

    Bəs hansı qərarlar veriləcək?

    Asiya.az xəbər verir ki, Operativ Qərargahın qərarına əsasən, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış dayandırılacaq.

    Həmçinin ictimai-iaşə obyektlərində (kafe-restoran) yerində xidmət dayandırılacaq, salon və bərbərxanalar işləməyəcək.

    Ali və orta təhsil müəssisələrində təhsil dayandırılacaq, yenidən distant təhsilə start veriləcək.

    Həmçinin SMS icazə tətbiq olunacaq.

    Sərtləşdirilmiş karantin rejiminin ən azı 3 həftə ərzində tətbiqi gözlənilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər