Bu gün Azərbaycanda iş vaxtı 1 saat qısaldılır - RƏSMİ

Bu gün Azərbaycanda iş vaxtı 1 saat qısaldılır - RƏSMİ
  • Sosial

  • İş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq 1 saat qısaldılır.

    Asiya.az
    xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) verilən məlumata görə, altıgünlük iş həftəsilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz.

    Rəsmi məlumata görə, bu, qısaldılmış iş vaxtında işləyənlərə şamil edilmir.

    Qeyd edək ki, sabahdan Azərbaycanda 9 günlük Novruz tətili başlayır.

    Bu gün Azərbaycanda iş vaxtı 1 saat qısaldılır - RƏSMİ
    PAYLAŞ:

    Oxşar xəbərlər