Daşkəsəndə Ağsaqqallar Şurasının konfransı keçirildi - FOTO

Daşkəsəndə Ağsaqqallar Şurasının konfransı keçirildi - FOTO
  • Siyasət

  • Daşkəsəndə rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.

    Asiya.az xəbər verir ki, Konfransda Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Şuranın mətbuat katibi Rafiq Rzayev və rayon Ağsaqqallar Şurasının üzvləri iştirak ediblər.

    Konfransda Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
    Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun uzun illər ərzində aparılmış uğurlu siyasət, gərgin zəhmət, düşünülmüş ordu quruculuğu, ölkəmizin hərtərəfli inkişafı və xalqımızın yüksək vətənpərvərlik ruhu ilə ölkə rəhbərinin ətrafında yumruq kimi birləşməsi nəticəsində işğal altında olan müqəddəs torpaqlarımızı qısa müddətdə azad edilməsi qeyd olunmuş, artıq işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə başlanıldığı bildirilmişdir.
    Çıxış edən Respublika Ağsaqqallar Şurası sədrinin müavini Bayram Yusifov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların rolundan danışıb.

    Konfransda gündəlikdəki məsələlər müzakirə olunmuş Ağsaqqallar Şurasının yeni əsasnaməsi qəbul edilmiş, təşkilati məsələlərə baxılmışdır.
    Qocayev Cavanşir Dövlət oğlu Daşkəsən rayon Ağsaqqallar Şurasının sədri seçilmişdir.
    Çıxış edən rayon Ağsaqqallar Şurasının üzvləri konfrans iştirakçılarına Novruz bayramı münasibətilə təbriklərini çatdırmış, rayonun ictimai-mədəni, sosial-iqtisadi həyatında bundan sonra daha fəal iştirak edəcəklərini bildirmişlər.
    Daşkəsəndə Ağsaqqallar Şurasının konfransı keçirildi - FOTO
    Daşkəsəndə Ağsaqqallar Şurasının konfransı keçirildi - FOTO
    Daşkəsəndə Ağsaqqallar Şurasının konfransı keçirildi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər