Ata Abdullayev niyə həbs olunub?

Ata Abdullayev niyə həbs olunub?
  • Manşet / Olay

  • Bir müddət əvvəl özünü blogger kimi təqdim edən Ata Abdullayev həbs olundu. Səbayel Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətiimkan tədbiri seçilib.

    Asiya.az
    xəbər verir ki, Ata Abdullayev “reketçilik”də ittiham olunur. Lakin onun konkret olaraq kimlərə qarşı “reketçilik” etməsi barədə hər hansı bir məlumat verilməyib.

    İddialara məlumata görə, Abdullayevin həbsinə səbəb SOCAR-ın yüksək çinli məmurlarından birindən külli miqdarda pul istəməsi olub. Mənbələr bildirir ki, “blogger” karantin dövründə həmin məmura məxsus restoranlardan birində toy məclisinin təşkil edilməsindən xəbər tutub. Həmin restoranın önündə çəkiliş aparmaqla yanaşı, toyun getdiyi sarayın içindən də görüntülər əldə edib. Məsələni “dinc şəkildə” həll etmək istəyən restoranın admnistratorunun “təklif”lərini qəbul etməyən Ata Abdullayev onun əsl sahibi ilə görüşmək istədiyini bildirib. SOCAR-dakı müavinlə görüş baş tutmasa da, onun yaxınları ilə görüş reallaşıb və Abdullayev onlardan susması üçün heç də kiçik olmayan məbləğ tələb edib.

    Məlumata görə, pul tələbi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib. Və Ata Abdullayev pul aldığı yerdə həbs olunub.

    Bildirək ki, sözügedən restoranın sahibi olaraq təqdim edilən SOCAR-ın müavininin kimliyi bizə hələlik məlm deyil. Bununla bağlı, araşdırmamız davam edir.

    Rəsmi məlumatlara görə, hazırda Ata Abdullayevin daha kimlərdən hədə-qorxu yolu ilə pul tələb etməsi məsələləri araşdırılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər