“Gədəbəydə doğulan şairlər” kitabının onlayn təqdimatı oldu - FOTO

“Gədəbəydə doğulan şairlər” kitabının onlayn təqdimatı oldu - FOTO
  • Sosial

  • 08 aprel 2021-ci ildə “Sağlamlığın Qorunması” İctimai Birliyinin və Gədəbəy rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gədəbəydə doğulan şairlər” kitabının onlayn təqdimatı keçirilib.

    Asiya.az
    xəbər verir ki, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanın aparıcılığı ilə keçirilən təqdimatda 50-dən çox ziyalı, o cümlədən Millət vəkilləri, Gədəbəy rayon rəhbərliyi, tanınmış sənət adamları, yazarlar iştirak edib.
    Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva nəşr olunan kitabın ən yeni dövr Azərbaycan ədəbiyyat tarixinə bir ərmağan olduğunu vurğulayaraq, kitabdakı materialların öz oxucularına rahatlıqla çatması üçün "pdf" formatında internetdə ("e-kitabxana"larda) yerləşdirilməsini tövsiyyə edib.
    Q.Paşayeva qalib ölkənin vətəndaşları olaraq qürur hissi yaşadığımızı dilə gətirərək, ədəbiyyatımızın, özəlliklə yeni nəsil yazarlarının bu qüruru, tarixi zəfərin mahiyyətini öz əsərlərində təbliğ və tərənnüm etməyə çağırıb.
    “Gədəbəydə doğulan şairlər” kitabının yaradıcı heyətini təbrik edən Q.Paşayeva, bu nəfis işi və mötəbər təqdimatı Gədəbəyli yaşayan şairlərin yaradıcılığına verilən dəyər, mərhum şairlərin ruhuna ehtiram olaraq qiymətləndirib.
    Komitə sədri kitabda şeirləri yer alan şairlər bir bölgəni təmsil etsə də, nəşrin ümumazərbaycan ədəbiyyat mənzərəsini bir kitab və bəlli tarixi mərhələ üzrə izləmək imkanı verdiyini deyib.
    “Gədəbəydə doğulan şairlər” kitabının onlayn təqdimatı oldu - FOTO
    “Gədəbəydə doğulan şairlər” kitabının onlayn təqdimatı oldu - FOTO
    “Gədəbəydə doğulan şairlər” kitabının onlayn təqdimatı oldu - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər