MSK-nın sədri, sədr müavini və katibləri seçiləcək

MSK-nın sədri, sədr müavini və katibləri seçiləcək
  • Siyasət

  • Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi” barədə qərar qəbul edilib və MSK-nın yeni tərkibi müəyyənləşib.

    Asiya.az
    -ın məlumatına görə, prosedura əsasən, parlament yeni tərkibi təsdiqlədikdən sonra MSK-nın keçirilən ilk iclasında qurumun sədri, sədr müavini və katibləri seçilir.

    Qeyd edək ki, MSK sədri Məzahir Pənahov, MSK sədrinin müavini Rövzət Qasımov, MSK-nın katibləri - Arifə Muxtarova və Mikayıl Rəhimli olublar.

    Məzahir Pənahov və Rövzət Qasımov YAP-ın, Arifə Muxtarova bitərəf deputatların, Mikayıl Rəhimli parlamentdə azlıq təşkil edən partiyaların təqdim etdiyi siyahılar üzrə yenidən MSK üzvü seçiliblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər