İcra başçısı həbs edilən rayonun deputatından İlqar Məmmədova - CAVAB

İcra başçısı həbs edilən rayonun deputatından İlqar Məmmədova - CAVAB
  • Siyasət

  • REAL partiyasının sədri İlqar Məmmədov icra başçıları həbs olunan rayonların deputatlarını istefaya çağırıb.

    Partiya sədri qeyd edib ki, həmin rayonlarda yenidən seçki keçirilməlidir: "Birincisi, əgər prokurorluq onları bu qədər aşkar cinayətlərin törədilməsində şübhəli bilirsə və sən deputat olaraq indiyədək buna yaxın bir mövzuda ictimai çıxışlar etməmisənsə, istefa – sənin üzərinə düşən bir siyasi borcdur. İstefa ver, rayonda təzədən seçki keçirilsin. Yerli camaat səni haqlı bilərsə, deputat işinə davam et.

    İcra başçısı həbs edilən rayonlardan olan Biləsuvarun deputatı Bəhruz Məhərrəmov AZXEBER.COM-a bildirib ki, bu fikirlər çox absurddur:

    "Hakimiyyətlərin bölgüsü deyilən bir məsələ var. Hər bir hakimiyyət qolunun da özünün funksiyaları və təyinatı var. Bu mənada həmin fikirləri mən absurd hesab edirəm. Bu iddianı hansı əsaslarla etmək olar? Deputatın fəaliyyəti çoxşaxəlidir. Vətəndaşlarla iş, onların problemlərini gündəmdə saxlamaq. Aidiyyatı orqanlara müraciət etmək və s. Biz də deputat olaraq bu işlərlə məşğul oluruq. Şikayətin kimdən olmasından asılı olmayaraq o şikayətlərin hər birinə baxılır.

    Deputat İlqar Məmmədovun nəyə görə belə bir açıqlama verdiyini anlamadığını da deyib:

    "Bu, sadəcə söz xatirinə deyilmiş bir sözdür. Bilmirəm nəyə görə belə fikir səsləndirib, başqasının yerinə də cavab vernək olmur”.

    Aydın Nuri
    PAYLAŞ:

    Oxşar xəbərlər