Bu ilin 3 ayında Azərbaycanda 117 nəfər İİV-ə yoluxub

Bu ilin 3 ayında Azərbaycanda 117 nəfər İİV-ə yoluxub
  • Sosial / Manşet

  • Bu ilin 3 ayında Azərbaycanda 117 nəfər İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxub.

    Asiya.az
    xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından verilən məlumata görə, bütövlükdə 1988-ci ildən 2021-ci ilin mart ayının sonunadək Azərbaycan Respublikası SəhiyyəNazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 8805 nəfər qeydiyyata götürülüb (8506-sı Azərbaycan vətəndaşı, 299-u əcnəbi). İİV-ə yoluxanların 6316-sı kişi, 2489-u qadındır. Onlardan 3396-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmin kateqoriyadan olan şəxslərin 2694 nəfəri hazırda dispanser qeydiyyatındadır.
    PAYLAŞ:

    Oxşar xəbərlər