Polis Azərbaycanlı gənci qətlə yetirdi - VİDEO

Polis Azərbaycanlı gənci qətlə yetirdi - VİDEO
  • Dünya / Manşet / Hadisə / Asiya TV

  • Rusiyada yol polisi azərbaycanlını başından güllələyib.

    AsiyaTV
    xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Məlumata görə, polis Novosibirsk şəhəri yaxınlığında təqib etdiyi şəxslərdən birinə atəş açıb. Hadisənin mayın 28-də Sibir yolunda baş verdiyi bildirilir.

    Qeyd edilir ki, “Toyota” markalı avtomobilin sürücüsü yol polisi məmurunun dayanma tələbini yerinə yetirməyib. Yol polisi qısa müddətdə avtomobilin sürücüsünü saxlamağa müvəffəq olub. 38 yaşlı yol polisi müfəttişi şübhəli şəxsi xidməti avtomobilinə aparıb. Bu zaman sürücünün 19 yaşlı tanışı polisə müdaxilə edib.

    Polis müqaviməti aşaraq, səlahiyyətlərindən kənara çıxıb, 19 yaşlı kişiyə qarşı şiddət tətbiq edib. Nəticədə gənc başında ağır güllə yarası alıb.

    Məlumata görə, güllələnən şəxs hazırda ağır vəziyyətdə reanimasiyadadır.
    PAYLAŞ:

    Oxşar xəbərlər