İtkin düşən daha 2 hərbçinin nəşi tapılaraq təhvil verilib - VİDEO

İtkin düşən daha 2 hərbçinin nəşi tapılaraq təhvil verilib - VİDEO
  • Hərb / Manşet

  • Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha iki hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mustafayev Elvin Fəxrəddin oğlu və əsgər Yusubov Orxan Allahverdi oğlunun şəxsiyyətləri müəyyənləşdirilərək meyitlərinin aidiyyəti üzrə verilməsi təmin olunub.

    AsiyaTV xəbər verir ki, itkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər