Ağdamda itkin düşən kişinin axtarışları davam edir - VİDEO

Ağdamda itkin düşən kişinin axtarışları davam edir - VİDEO
  • Manşet / Olay

  • Ağdamda 4 gündür itkin düşən 43 yaşlı kişinin axtarışları davam edir.

    Asiya TV xəbər verir ki, İtkin düşən Cəsarət Hətəmxanovun axtarışına ANAMA, Daxili işlər nazirliyi və Müdafiə Nazirliyinin əməkdaşları cəlb olunub. Onun sözlərinə görə, Cəsarət Hətəmxanovun itkin düşdüyü ehtimal olunan yerlərdə dronla axtarış aparılır.

    Qeyd edək ki, Ağdamın Seyidli kənd sakini Cəsarət Hətmxanov Quzanlı qəsəbəsində məzar daşlarının bərpası sexində sürücü işləyir. Sonuncu dəfə 4 gün əvvəl işlədiyi məzar daşlarının bərpası sexindən növbəti qəbir daşını düzəltmək üçün gedib və geri qayıtmayıb.


    Faktla bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat verilib.

    Cəsarət Hətəmxanovu görən şəxslərdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə və onun atası Səyyafa Hətəmxanova məxsus (050) 302 35 63 mobil nömrəsinə xəbər vermələri xahiş olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər