Masallıda qadın özünü binanın üstündən atmaq istədi - FOTO

Masallıda qadın özünü binanın üstündən atmaq istədi - FOTO
  • Araşdırma / Olay

  • Masallı şəhərində gənc qadın dördmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

    Asiya TV
    xəbər verir ki, insident rayonun Qarabağ küçəsində qeydə alınıb.

    Belə ki, Masallı rayonu Gəyəçöl kənd sakini, 1995-inci il təvəllüdlü Əsədova Röyalə Rövşən qızı ailə münaqişəsi zəmnində qohumunun yaşadığı binanın damına çıxaraq intihar etmək istəyini bildirib.

    Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Dövlət yanğından mühafizə hissəsinin Mərkəzi rabitə qovşağının əməkdaşları dərhal hadisə yerinə cəlb olunub.

    Hissə rəisi palkovnik-leytenant Qabil Nemətovun Asiya TV-yə verdiyi məlumata əsasən vətəndaşla aparılan psixoloji söhbətlər nəticə verməmişdir.

    Xilasetmə bölməsinin xilasedicisi Talışlı Mirhəsən Adışirin oğlu son atış həddində vətəndaşı xilas edə bilib.
    Masallıda qadın özünü binanın üstündən atmaq istədi - FOTO
    Masallıda qadın özünü binanın üstündən atmaq istədi - FOTO
    Masallıda qadın özünü binanın üstündən atmaq istədi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər