Masallıda irigövdəli ağac avtomobilin üstünə aşdı - VİDEO

Masallıda irigövdəli ağac avtomobilin üstünə aşdı - VİDEO
  • Manşet / Olay

  • Masallı rayonunda irigövdəli ağacın budaqları qırılaraq yaxınlıqdakı avtomobilin üzərinə düşüb, təsərrüfata ziyan dəyib.

    Asiya TV
    -nin məlumata görə, hadisə rayonun Türkoba kəndində baş verib.

    Külək nəticəsində irigövdəli ağacın budaqları qoparaq "Mersədes" markalı avtomobilin üstünə düşüb. Nəticədə avtomobil deformasiyaya uğrayıb. Bundan əlavə həmin ərazidə fəaliyyət göstərən mağazanın dam örtüyünə ziyan dəyib, elektrik və rabitə xətləri qırılıb.

    Xoşbəxtlikdən xəsarət alan olmayıb.

    Kənd sakinləri bildiriblər ki, ağacın təhlükə yarada biləcəyi ilə bağlı əvvəlcədən aidiyyəti qurumlara məlumat veriblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər