Asiya.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyindən verilən məlumata əsasən, satışa çıxarılan 307 mənzilin seçimi "Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçirilib.
"Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 19 142 nəfərdir. Bugünkü satış zamanı 307 mənzilin seçimində iştirak edənlərin sayı 1 150 nəfər olub. Seçilmiş 307 mənzilin 245-i vətəndaşlar tərəfindən imzalanaraq ərizələri təqdim edilib.
"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 6 iyul 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 15 iyul 2021-ci il tarixi saat 11:00-dək davam edəcək.
Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər.