Kanadada anomal istilər 700-dən çox insanın həyatına son qoydu

Kanadada anomal istilər 700-dən çox insanın həyatına son qoydu
  • Dünya

  • Kanadanın Britaniya Kolumbiyası əyalətində son həftə ərzində görünməmiş isti hava ilə əlaqədar 700-dən çox insanın ölümü qeydə alınıb.

    Bu barədə əyalətin baş məhkəmə-tibb eksperti Liza Lapoynt bildirib.

    Onun sözlərinə görə, iyunun 25-dən iyulun 1-dək günvurmadan 719 ölüm hadisəsi qeydə alınıb. Bu, analoji dövrlə müayisədə istidən ölüm faizinin adi göstəricilərini 3 dəfə ötüb.

    Rekord temperatur kiçik şəhərcik Litonda qeydə alınıb. Orada isti havadan bütün evlər yanıb. Şəhərcik Yer üzündən silinib.//Report
    PAYLAŞ:

    Oxşar xəbərlər