Qəza nəticəsində sıxılaraq maşında qalan şəxs belə xilas edildi - VİDEO

Qəza nəticəsində sıxılaraq maşında qalan şəxs belə xilas edildi - VİDEO
  • Manşet / Olay

  • Asiya TV-nin FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 80 yanğına çıxış, 1 nəqliyyat qəzası və 15 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

    Ümumilikdə, ötən sutka ərzində 13 nəfər, o cümlədən çimərlik və qeyri-çimərlik sahələrində çimərkən batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas edilib, 3 nəfərin meyiti isə ayrı-ayrı ünvanlarda bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib, yanğınlar zamanı 2 nəfər xəsarət alıb.

    Həmçinin, Xəzər rayonunda dənizdə qeyri-çimərlik ərazidə batan 1978-ci il təvəllüdlü Namazəliyev Məhərrəm Famil oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər