Bakıda avtomobil ustası müştərini bıçaqladı

Bakıda avtomobil ustası müştərini bıçaqladı
  • Hadisə

  • Bakıda bıçaqlanma hadisəsi baş verib.

    Asiya.az
    -ın məlumatına görə, paytaxtın Nəsimi rayonu ərazisində 1993-cü il təvəllüdlü Hacızadə Həsən Sədi oğlu bıçaqlanıb.

    Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

    Müayinə zamanı ona sol baldır nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. H. Hacızadənin dediyinə görə, avtomobilini təmir edən usta tərəfindən bıçaqlanıb.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər