Masallıda dülgər sexi yandı - VİDEO

Masallıda dülgər sexi yandı - VİDEO
  • Manşet / Olay

  • Masallı rayonunun Köhnə Alvadı kəndində həyətyanı ərazidə dülgər sexi kimi fəaliyyət göstərən, ümumi sahəsi 350 kvadratmetr olan talvarın yanar konstruksiyaları 300 kvadratmetr sahədə, altına yığılan 2 ədəd kəsici dəzgah və taxta məmulatlar qismən yanıb.

    Asiya TV
    xəbər verir ki, yüksək temperaturdan ikimərtəbəli evin 5 ədəd plastik pəncərə çərçivəsi əriyib, dam örtüyü 20 kvadratmetr sahədə qarsalanıb və ümumi sahəsi 45 kvadratmetr olan tövlənin şiferdən ibarət dam örtüyü 20 kvadratmetr sahədə dağılıb.

    Sexin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər