Gəncədə yol nəqliyyat hadisəsi baş verdi, xəsarət alanlar var - VİDEO

Gəncədə yol nəqliyyat hadisəsi baş verdi, xəsarət alanlar var - VİDEO
  • Manşet / Olay

  • Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

    Asiya TV
    xəbər verir ki, hadisə şəhərin Hacıkənd qəsəbəsində qeydə alınıb.

    Dağdan üzü aşağı hərəkətə olan ”Şaqman” markalı, betonqarışdıran maşının əyləc sistemində nasazlıq yaranıb. Maşın qəsəbədə olan evə çırpılıb.

    Qəza zamanı sürücü sıxılmış vəziyyətdə qalıb.Dərhal hadisə yerinə Fövqalada Hallar Nazirliyinin Göygöl və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

    Sürücü 1979-cu il təvəllüdlü İsayev Elnur Elbrus oğlu xilasedicilər tərəfindən deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıb. O xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

    Qeyd edək ki qəzaya düşən Betonqarışdıran maşın Hacıkənd qəsəbəsində yeni tikilən evə beton aparırmış.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər