İmam Hüseyn xəstəxanasında yanğın zamanı 40 nəfər öldü - VİDEO

İmam Hüseyn xəstəxanasında yanğın zamanı 40 nəfər öldü - VİDEO
  • Dünya / Manşet / Olay

  • İraqın cənubunda, Di-Kar əyalətinin Ən-Nasiriyyə şəhərindəki koronavirus xəstələri üçün nəzərdə tutulmuş xəstəxanada baş vermiş yanğında ölənlərin sayı 40-a çatıb, azı 70 nəfər xilas edilib.

    Asiya TV
    xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

    Məlumata görə, “İmam Hüseyn” xəstəxanasındakı yanğının səbəbi oksigen balonunun partlamasıdır. Hazırda onlarla insan xəstəxanada çıxılmaz vəziyyətdə qalıb. Yanğınsöndürənlər yanğının yayılmasının qarşısını ala bilib.
    Hadisə ilə əlaqədar bölgənin Səhiyyə Nazirliyi fövqəladə vəziyyət elan edib.ölkənin Baş naziri Mustafa əl-Kazımi faciənin baş verdiyi yerə gedib.
    PAYLAŞ:

    Oxşar xəbərlər