Dini bayramlarla bağlı siyasi varislik – ənənələrin davamı və inkişafı

Dini bayramlarla bağlı siyasi varislik – ənənələrin davamı və inkişafı
  • Sosial

  • Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuş, ölkəmizdə olandini tolerantlıq multikultural dəyərlər ənənəsinin yaşadılması vəinkişaf etdirilməsində əvəzsiz xidmətlər göstərmişdir.
    Ümummilli lider Heydər Əliyevin müxtəlif din və mədəniyyətlərə tolerant münasibəti, şəxsən özünün xaraktercə tolerant olması onun həyat və fəaliyyətində həmişə özünübüruzə vermişdir.

    Azərbaycan müstəqillik qazandıqdan sonra Heydər Əliyevin geniş fəaliyyəti nəticəsində respublikada din və etiqad azadlığı tam təmin edilmiş, milli mənəvi dəyərlərə münasibət kökündən dəyişmiş, dini ayin və mərasimləri yerinə yetirmək üçün bütün dinlərə mənsub olan insanlara bərabər şərait yaradılmışdır.
    Ümummilli lider milli-dini dəyərlərimizin qorunmasında, İslama ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində öz əməli fəaliyyətilə böyük rol oynamışdır. Multikulturalizm və tolerantlıq siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edən Heydər Əliyev Azərbaycan ərazisində yaşayan milli azlıqların etnik-mədəni vədini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insan hüquq və azadlıqları kontekstində görürdü.
    Müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bu sahədə tarixən öz zəngin təcrübəsi ilə tanınan Qərbvə Şərq ölkələrinə nümunə olmaqdadır. Təsadüfi deyil ki, Azərbaycan dünyanın ən tolerant ölkələri siyahısında ilk beşlikdə yer alır.
    Multikulturalizm, ölkəmizin dövlət siyasətində aparıcı yer tutur.
    Ölkəmizdə olan tarixi dini dəyərlər bu gün Prezident cənab İlham Əliyev tərəfindən böyük uğurlarla davam etdirilməkdədir.
    Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiramı bir daha nümayiş etdirdi.

    Bu gün Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilirsə və öyrənilməsinin vacibliyi qeyd olunursa, bu, dövlətimizin uğurlu siyasətinin göstəricisidir.
    Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlılara məxsus həyat nümunəsi olub.
    Bu gün də bu xüsusiyyət milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının dəyər verdiyi ənənədir.
    Bu baxımdan Azərbaycanda həyata keçirilən multikulturalizm bütün dünyaya nümunədir və ölkəmizin inkişafında, vətəndaş. həmrəyliyinin daha möhkəm olmasında mühüm rol oynayır.

    Fariz Sadıqlı,
    Salyan rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi.
    PAYLAŞ:

    Oxşar xəbərlər