Masallıda vətəndaş evini yandırdı - VİDEO/FOTO

Masallıda vətəndaş evini yandırdı - VİDEO/FOTO
  • Manşet / Olay

  • Masallı rayon Qasımlı kəndində fərdi yaşayış evində yanğın olub.

    Asiya TV
    xəbər verir ki, kənd sakini 1964-ci il təvəllüdlü Şükürov Elmidar Sənham oğluna məxsus ümumi sahəsi 234 m² olan 2 mərtəbəli, 6 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 174 m² sahədə və 1-ci mərtəbəsinin yanar konstruksiyaları 57 m² sahədə yanıb.
    Masallı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rabitə məntəqəsinə daxil olan xəbərdən sonra Yanğınsöndürənlər hadisə yerinə gedərək, yanğını söndürüblər.
    Hadisə zamanı xəsarət alan olmayıb.
    İlkin məlumata görə yanğın ev sahibi tərəfindən qəsdən edilib.
    Masallıda vətəndaş evini yandırdı - VİDEO/FOTO
    Masallıda vətəndaş evini yandırdı - VİDEO/FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər