Göyçayda yeniyetmə faciəli şəkildə öldü - VİDEO

Göyçayda yeniyetmə faciəli şəkildə öldü - VİDEO
  • Manşet / Olay

  • Göyçay rayonunda yeniyetmə oğlan faciəli şəkildə ölüb.

    Asiya TV
    xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndi ərazisində qeydə alınıb.

    Yalman kənd sakini, 2004-cü il təvəllüdlü Rüfət Seyfəddin oğlu Salmanov dostları ilə birgə Yuxarı Şirvan kanalında çimərkən suda batıb.

    Əraziyə Fövqalada Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunub. Dalğıclar Rüfət Salmanovun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər