Lənkəranda avtomobil su kanalına aşdı, ölən var - VİDEO

Lənkəranda avtomobil su kanalına aşdı, ölən var - VİDEO
  • Manşet / Olay

  • Lənkəranda avtomobil su kanalına aşıb.

    Asiya TV
    xəbər verir ki, hadisə gecə saatlarında Lerik-Lənkəran yolunun Qurumba kəndindən keçən hissəsində qeydə alınıb.

    Bakı sakini olan Aqil Əliyevin idarə etdiyi "Mersedes" markalı avtomobil idarəetmədən çıxaraq əvvəl yol kənarındakı rabitə dirəyini aşırıb, sonra isə boş olan su kanalına düşüb. Hadisə yerinə dərhal Fövqalada Hallah Nazirliyinin Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları gəlib. Minik avtomobilində heç kimin olmadığını görən xilasedicilər müəyyən axtarışlardan sonra hadisə yerindən 35 qırx metr aralıda sürücü Aqil Əliyevin meyitini tapıblar. Meyit müayinə olunması üçün məhkəmə-tibb ekspertizasına təhvil verilib.

    Məlumata görə, mərhum nişanlı imiş və Bakıdan rayona bayramlaşmağa gedib. Bir neçə gün sonra isə toyu olacaqmış.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər