Yol qəzasında 7 nəfər xəsarət aldı - VİDEO

Yol qəzasında 7 nəfər xəsarət aldı - VİDEO
  • Manşet / Olay

  • Qaxda baş verən yol qəzasında biri azyaşlı olmaqla yeddi nəfər xəsarət alıb.

    Asiya TV
    xəbər verir ki, hadisə iyulun 27-i axşam saat 18 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Qax rayonunun Qarabaldır kəndinin ərazisindən keçən 97-ci km-də baş verib.

    1988-ci il təvəllüdlü, Balakən rayonunun Tülü kənd sakini Dinavasov Aruz Səidbəy oğlu idarə etdiyi “Kia Rio” markalı avtomobil,1987-ci il təvəllüdlü Sofiyeva Nəzakət Nurəddin qızının idarə etdiyi “Şevrolet Aveo” markalı avtomobillə toqquşub.

    Qəza nəticədə hər iki avtomobilin sürücüləri, Kia Rio markalı avtomobilin salonunda olan sərnişin sürücü Aruz Dinavasovun azyaşlı övladı, 2020-ci il təvəllüdlü Balakən rayon sakini Dinavasov Yusif və Chevrolet Aveo markalı avtomobilin salonunda olan sərnişin 1953-cü il təvəllüdlü Hüseynova Sürəyya Məhəmməd qızı və avtomobillərdə olan daha üç nəfər sərnişin aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Yaralılardan azyaşlı Yusif Dinasov müayinə və müalicəsini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər