Azərbaycanda hansı deputatların mandatları ləğv edilib? - Onları tanıyaq!

Azərbaycanda hansı deputatların mandatları ləğv edilib? - Onları tanıyaq!
  • Siyasət / Manşet

  • Milli Məclisin bəzi deputatları vaxtaşırı olaraq təkcə çıxışları ilə deyil, həm də xoşagəlməz əməlləri ilə gündəmə gəlir.

    Son olaraq onlar siyahısına deputat Eldəniz Səlimovun da adı əlavə olunub.
    Azərbaycanda hansı deputatların mandatları ləğv edilib? - Onları tanıyaq!
    Eldəniz Səlimov
    Deputatın iyulun 29-da polisi döyərək xəsarət yetirməsi faktı təsdiqlənib.

    İnsident gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb.

    Məlumata görə, deputat sərxoş olub və polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.

    Materiallar araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.

    Fakt təsdiqlənəcəyi təqdirdə onun mandatı ləğv edilə bilər.

    Bəs, Azərbaycanda bundan öncə hansı deputatların mandatları ləğv edilib?

    Keçmişə səyahət edək və onları yaxından tanıyaq...
    Azərbaycanda hansı deputatların mandatları ləğv edilib? - Onları tanıyaq!
    İqbal Ağazadə
    2003-cü ildə keçirilən prezident seçkilərindən sonra deputat İqbal Ağazadəyə cinayət işi açılmış və həbs edilmişdi.

    Parlament onun toxunulmazlıq hüququnu əlindən almış və deputatlıq mandatını ləğv etmişdi.
    Azərbaycanda hansı deputatların mandatları ləğv edilib? - Onları tanıyaq!
    Fikrət Sadıqov
    2005-ci ilin oktyabrında deputat Fikrət Sadıqovun deputat toxunulmazlığına xitam verilmişdi.

    Bu qərar Azərbaycan Respublikası Baş Prokurorluğunun Milli Məclisə göndərdiyi müraciət əsasında qəbul edilmişdi.

    O, dövlət çevirilişinə cəhddə ittiham olunurdu.
    Azərbaycanda hansı deputatların mandatları ləğv edilib? - Onları tanıyaq!
    Hüseyn Abdullayev
    Mandatı alınmış deputatlardan biri də Hüseyn Abdullayevdir.

    H.Abdullayev, 2005-ci ildə Milli Məclisə deputat seçilmişdi.

    O, 2007-ci ildə Milli Məclisin iclaslarından birində deputat Fəzail Ağamalı ilə mübahisə edərək onunla əlbəyaxa dava edib.

    Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alınmış, özü isə həbs olunmuşdu.
    Azərbaycanda hansı deputatların mandatları ləğv edilib? - Onları tanıyaq!
    Hikmət Atayev
    110 saylı dairədən deputat seçilmiş Hikmət Atayevin adı da mandatı ləğv edilənlər arasındadır.
    Ancaq onun həyatı digərlərindən fərqlənib.

    H.Atayev keçirdiyi ağır avtomobil qəzasında həlak olmuş və mantadı bu səbəbdən ləğv edilmişdi.
    Azərbaycanda hansı deputatların mandatları ləğv edilib? - Onları tanıyaq!
    Gülər Əhmədova
    Mandatı ləğv edilmiş deputatlardan biri də Gülər Əhmədovadır.

    O, öz istəyi ilə 2012-ci ildə deputatlıq səlahiyyətindən könüllü olaraq imtina etməsi barədə MSK-ya müraciət etmişdi.

    Gülər Əhmədovanın belə bir addım atmasının önəmli səbəbi əlbəttə ki, var idi.

    2012-ci ilin sentyabrın 25-də ABU-nun keçmiş rektoru Elşad Abdullayev onunla bağlı videoçarx yayımlayır.

    Mandatı ləğv ediləndən sonra deputatla bağlı Bakı şəhər Prokurorluğunda araşdırma aparılır.

    Məhkəmənin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilir.
    Azərbaycanda hansı deputatların mandatları ləğv edilib? - Onları tanıyaq!
    Rəfail Cəbrayılov
    Mandatı ləğv edilənlər arasında ən fərqli hadisə yəqin ki, onun başına gəlib.

    Bu Rəfail Cəbrayılovdan başqası deyil.

    Deputat olmadan öncə iş adamı olan Rəfail Cəbrayılov sonralar borc qalmaqalları ilə gündəmə gəlirdi.

    Son olaraq o deputat vəsiqəsini girov qoyaraq külli miqdarda yenidən borc götürür.

    Bu dəfə parlamentin İntizam Komissiyası R.Cəbrayılovla bağlı aradırmalara başlayır.

    Çox keçmədən onun mandatı ləğv edilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər