"Buynuz vannası" qəbul etməsi üçün maral ferması saxlayan kimdir? - VİDEO/FOTO

"Buynuz vannası" qəbul etməsi üçün maral ferması saxlayan kimdir? - VİDEO/FOTO
  • Araşdırma / Cəmiyyət

  • "Ölkədə minlərlə kişi ailəsini saxlamağa pul tapmır, başqa biri isə buynuzlarını kəsib vanna qəbul edəcək deyə, maral ferması saxlayır."

    Asiya TV
    xəbər verir ki, bu sözləri tanınmış jurnalist Samir Feyruzov sosial media hesabında yazıb.

    Jurnalist maral fermasında çəkdiyi fotoşəkili paylaşaraq, yazır.

    “Fotonu Xızı rayonunun Altıağac kəndində çəkmişəm. Kənddə "Sədərək" Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyliyə məxsus "Cənnət bağı" adlı istirahət mərkəzi yerləşir. İstirahət mərkəzinin girişində Yusif Qədimbəylinin maral ferması da var. Fermada təxminən 500-ə yaxın maral, ceyran var.
    Amma məsələ bunda deyil, yüz milyonların sahibi olan Yusif Qədimbəylinin maral ferması saxlaması təəccüb doğurmamalıdır.

    Məsələ bundadır ki, Yusif Qədimbəyli ayda bir dəfə adıçəkilən istirahət mərkəzində "Buynuz vannası" qəbul edir. Deməli, maralların buynuzlarını kəsib ona vanna düzəldirlər. Özünün ayrıca istirahət otaqları, tibb xidməti, qulluqçuları var.

    Əldə etdiyim məlumata görə, buynuzları kəsilən marallar çox zaman həyatla vidalaşmalı olur.

    Əcaib ölkədir: Ölkədə minlərlə kişi ailəsini saxlamağa pul tapmır, başqa biri isə buynuzlarını kəsib vanna qəbul edəcək deyə, maral ferması saxlayır.
    Azərbaycan kimi kiçik ölkələrdə bu boyda sosial bərabərsizlik olmalı deyil..,
    olmamalıdır!
    "Buynuz vannası" qəbul etməsi üçün maral ferması saxlayan kimdir? - VİDEO/FOTO
    "Buynuz vannası" qəbul etməsi üçün maral ferması saxlayan kimdir? - VİDEO/FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər