İtkin düşdüyü bildirilən ər-arvad xilas olundu - VİDEO

İtkin düşdüyü bildirilən ər-arvad xilas olundu - VİDEO
  • Manşet / Olay

  • Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonu, Xanbulan kəndi ərazisində iki nəfərin Xanbulan çayı ətrafında naməlum şəraitdə itkin düşməsi barədə məlumat daxil olub.

    Məlumat daxil olduqdan dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

    Bakı şəhər sakinləri olan 2 nəfərin ər və arvad Xanbulan çayı ətrafında yolu azıb geri qayıda bilmədikləri və Xanbulan su anbarının digər sahilində köməksiz vəziyyətdə qaldıqları məlum olub.

    Hər iki şəxs Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər