Lixtenşteyn knyaginyası vəfat etdi

Lixtenşteyn knyaginyası vəfat etdi
  • Dünya / Cəmiyyət

  • Lixtenşteyn knyaginyası, şahzadə Mariya-Aqlaya (tam adı Mariya Kinski fon Vxinitz və Tettau) 82 yaşında vəfat edib.

    TASS bu barədə AFP-yə istinadla məlumat yayıb.

    Bildirilib ki, Mariya-Aqlaya insult keçirib və şənbə günü xəstəxanada dünyasını dəyişib.

    Mariya-Aqlaya aristokrat ailədəndir, o, alman qraf Ferdinand Karl Kinskinin qızıdır.

    Knyagina Münhendəki tətbiqi qrafiki sənətlər məktəbində təhsil alıb, o, ingilis və fransız dillərini bilirdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər