Əfqan miqrantlar Bakıda aksiya keçirmək istədilər - Polis qarşısını aldı

Əfqan miqrantlar Bakıda aksiya keçirmək istədilər - Polis qarşısını aldı
  • Sosial

  • Bakının Qış parkında Əfqanıstandan Azərbaycana gələn miqrantlar aksiya keçirməyə cəhd ediblər.

    Əraziyə polis əməkdaşları cəlb olunub və icazəsiz aksiya keçirmək istəyənlər ərazidən uzaqlaşdırılıb.

    Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

    Asiya.az xəbər verir ki, qurumdan BAKU.WS-ə bildirilib ki, aksiya icazəsiz olduğu üçün polislər Həmin şəxslərlə profilaktik söhbət aparıb.

    "Aksiyada iştirak edənlər BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin onlara daha çox diqqət yetirməsini tələb ediblər.

    Əraziyə polis əməkdaşları cəlb olunub və aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb”, - deyə məlumatda bildirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər