Yaşayış binasında ölümlə nəticələnən partlayış oldu - VİDEO

Yaşayış binasında ölümlə nəticələnən partlayış oldu - VİDEO
  • Dünya / Manşet / Olay

  • Rusiyanın Moskva vilayətinin Noqinsk şəhərində yaşayış binasında partlayış olub.

    Asiya TV
    xəbər verir ki, partlayış nəticəsində binada dağıntılar qeydə alınıb.

    Hadisə nəticəsində ölənlər olub. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Onların arasında 5 və 11 yaşlı iki uşaq da var.

    Partlayışın təsirindən 8 mənzil dağılıb, 4-cü və 5-ci mərtəbələr arasında arakəsmə zədələnib. Yanğın olmayıb.

    Hadisə nəticəsində qonşu binalardakı mənzillərin pəncərələri sınıb. Yaxınlıqda dayanmış maşınlara da ziyan dəyib. Binadan 170 nəfər təxliyə olunub. Ehtimal olunur ki, partlayışa qaz sızması səbəb olub.

    Əraziyə ümumilikdə 60 xilasedici, 24 texnika cəlb olunub.

    Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.
    PAYLAŞ:

    Oxşar xəbərlər