Polis arvadına altı güllə vurdu - VİDEO

Polis arvadına altı güllə vurdu - VİDEO
  • Manşet / Hadisə

  • Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qətl hadisəsi baş verib.

    Asiya.az
    xəbər verir ki, qətlə yetirilən iki azyaşlı uşaq anası, 26 yaşlı Xanım Məmmədova 24-cü Polis Şöbəsinə gələrək əri, Post Patrul Xidmətinin serjantı İsmayıl Məmmədov tərəfindən tez-tez döyüldüyünü bildirib.

    Bundan xəbər tutan ər dərhal şöbəyə gəlib. Arvadının şöbədə izahat yazdığını öyrənən İsmayıl Məmmədov təhqiqatçının otağına daxil olub. Bu zaman ər-arvad arasında mübahisə düşüb. Daha sonra İsmayıl Məmmədov üzərindəki tabel silahı ilə arvadına ard-arda atəş açmağa başlayıb. Bədəninin müxtəlif nahiyələrindən altı güllə yarası alan qadın hadisə yerindəcə keçinib.
    İsmayıl Məmmədov qətli törətdikdən sonra polisə təslim olub.

    Məlumatına görə, arvadını qətlə yetirən İsmayıl Məmmədovun atası Vaqif İsmayılov əslən Xocalıdandır və Birinci Qarabağ Müharibəsi şəhididir. Vaqif İsmayılov 1992-ci ildə Qarabağda gedən döyüşlərdə şəhid olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər