Qənirə Paşayeva Vətən Müharibəsində iki övladı şəhid olan ana ilə görüşdü - FOTO

Qənirə Paşayeva Vətən Müharibəsində iki övladı şəhid olan ana ilə görüşdü - FOTO
  • Sosial

  • Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsində iki övladı şəhid olmuş ana - Sevinc xanım Əhmədova ilə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Mingəçevirli şəhid qardaşlar Əli və İslam Əhmədovların anası Sevinc xanım evini övladlarının muzeyinə çevirib. O, həm muzey barədə, həm də övladlarının həyat və döyüş yolu barədə danışıb, ürək sözlərini bölüşüb.

    Q.Paşayeva şəhidlərimizin, onların anasının hər bir Azərbaycan vətəndaşı üçün, dünya azərbaycanlıları üçün əziz olduğunu, bas tacı olduğunu bildirib:

    "Bütün şəhidlərimiz, o cümlədən Əli və İslam qardaşları bizim baş tacımız, qürur mənbəyimizdir və hər zaman qəlblərdə yaşayacaqlar.
    Heç kimin şəhidləri unutmağa haqqı yoxdur. Ali dövlət rəhbərliyinin səhidlərə, şəhid ailələrinə yuksək münasibəti bizimçün örnəkdir.
    Şəhid ailələrimiz həmisə diqqət və qayğı ilə əhatə olunacaq"
    .

    Komitə sədri şəhid qardaşların anasina Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.
    Görüşdə "EtikXəbər" saytının baş redaktoru Kamil Həmzəoğlu iştirak edib.
    Qənirə Paşayeva Vətən Müharibəsində iki övladı şəhid olan ana ilə görüşdü - FOTO
    Qənirə Paşayeva Vətən Müharibəsində iki övladı şəhid olan ana ilə görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər