Asiya.az İTV-yə istinadən xəbər verir ki, əməliyyat zamanı xarici ölkələrdə yaşayan narkotacilərə kuryerlik edən şəxslər saxlanılıb.
Polis əməkdaşları Yasamal rayonunda keçirilən əməliyyatda mopedlə kuryerlik edən şəxsin izinə düşüblər. Məlum olub ki, kuryer kimi fəaliyyət göstərən şəxs əslində narkotik vasitələr daşıyırmış.