Asiya.az xəbər verir ki, bu barədə sosial şəbəkənin mətbuat xidməti tviterdə yazıb.
"Biz nəhayət bu funksiyanı işə salmağa məmnunuq. İndi siz fotonu və müddəti 1 dəqiqəyə qədər olan videonu brauzer vasitəsilə birbaşa instaqrama yerləşdirə bilərsiniz", - sosial şəbəkədən qeyd edilib.
Qeyd edək ki, əvvəllər məzmun yükləmək qabiliyyəti ancaq mobil cihazlardan mövcud idi, brauzer vasitəsilə yalnız paylaşımları görmək və qiymətləndirmək mümkün idi.