Asiya.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində, vətəndaş Ruslan Namazova məxsus çörəkbişirmə sexində antisanitar vəziyyət hökm sürür.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının apardıqları yoxlamalar zamanı məlum olub ki, xəmirə qatılacaq maya qaydalarda göstərilən tempraturda saxlanılmır. Mənşəyi bilinməyən yağlardan istifadə edilir. Bir sözlə, insanların hər gün istehlak etdikləri çörək bərbad şəraitdə hazırlanır. Bu isə orqanizm üçün olduqca təhlükəlidir.
AQTA əməkdaşlarını görən sexin sahibi ərazidən uzaqlaşıb. Yoxlamalardan sonra çörəkbişirmə sexinin fəaliyyəti dayandırılıb.