Ömürlük həbs cəzası alan milyarder daha bir qətldə ittiham olunur

Ömürlük həbs cəzası alan milyarder daha bir qətldə ittiham olunur
  • Olay

  • ABŞ-ın Nyu-York ştatının prokurorluğu əvvəllər yaxın rəfiqəsini öldürməkdə təqsirli bilinən amerikalı milyarder Robert Darstı həyat yoldaşının qətlində ittiham edib.
     
    Asiya.az
    xəbər verir ki, Darst evliliklərinin 9-cu ilində, 1982-ci ildə həyat yoldaşı Ketlini öldürüb. Onda qadının 29, Darstın isə 38 yaşı olub.

    Ketlinin cəsədi hələ də tapılmayıb. Son vaxtlara qədər Darst özü onun başına gələnlərdən xəbərsiz olduğunu iddia edirdi. Sentyabrda hakimlər üç günlük müşavirədən sonra milyonçunu 2000-ci ildə yaxın tanışı Suzan Bermanın qətlində təqsirli bilib. O, ömürlük həbs cəzasına məhkum edilib. 78 yaşlı milyoner hazırda koronavirusa yoluxub və süni nəfəs aparatına qoşulub.

    2015-ci ildə "The Jinx: The Life and Deaths of Robert Durst” adlı sənədli filmin çəkilişləri zamanı o, təsadüfən bir neçə qətli törətdiyini etiraf edib
    PAYLAŞ:

    Oxşar xəbərlər