İlkin araşdırmalardan sonra həyatını itirən mülki şəxslərin erməni silahlıları tərəfindən basdırılmış tank əleyhinə olan minanın üzərinə yerləşdirilən piyada əleyhinə minaya düşdükləri məlum olub. Belə ki, piyada əleyhinə minanın partlamasından sonra tank əleyhinə olan mina işə düşüb və hər iki şəxs həlak olub.
Hadisə nəticəsində vəfat edən şəxslərdən Orxan Xanatovun fotolarını təqdim edirik.