Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni rəhbər təyin olundu

Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni rəhbər təyin olundu
  • Siyasət / Manşet

  • Masallı Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsə yeni direktor təyin edilib.

    Asiya.az xəbər verir ki, yeni direktor Tibb Elmləri Doktoru Xanbaba Meyxoş oğlu Hüseynovdur. 

    Əldə etdiyimiz məluma əsasən, Hüseynov Xanbaba Meyxos oğlu 13 yanvar 1964-cü ildə Lerik rayonunda anadan olub. 

    Təhsilini Lerik Kimya Bialoğiya təmaüllü Litseydə alıb. 

    N.Nərimanov adına Dövlət Tibb Uversitetinin Müalicə profilaktika fakulitəsini bitirib.
     
    4-cü baş idarənin 1 və 2 saylı xəstəxanalarında terapevt, reanimatoloq, anestozoloq və uronefroloq  kimi fəaliyyət göstərib. 

    Bundan əlavə, 4-cü baş idarənin 1 saylı xəstəxanasın Uralogiya və Hemodializ şöbəsinin müdiri vəzifəsində çalışıb. 

    Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin Hemodializ şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 

    2000-ci ildə Tibb Elmləri Namizədi, 2020-ci ildə Tibb Elmləri Doktoru adlarını müdafiə edib.

    Təbrik edirik!
    PAYLAŞ:

    Oxşar xəbərlər