Fəvvarələr Meydanında ictimai asayişin qorunması məqsədilə tədbirlər görüləcək - DİN

Fəvvarələr Meydanında ictimai asayişin qorunması məqsədilə tədbirlər görüləcək - DİN
  • Sosial

  • Sosial şəbəkələrdə dekabrın 15-də saat 12:00-da paytaxtın Fəvvarələr Meydanında razılaşdırılmamış qanunsuz aksiya keçirmək barədə çağırışlar edirlər.

    Asiya.az
    "Report"a istinadən xəbər verir ki, buna münasibət bildirən DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, belə çağırışlardan artıq xəbərdardırlar:
     
    "Dekabrın 1-də olduğu kimi bu dəfə də ictimai asayişin qorunması məqsədilə müvafiq tədbirlər görüləcəkdir. Bu zaman yarana biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcəkdir."
    PAYLAŞ:

    Oxşar xəbərlər