Bakıda “Gelandewagen” qəza törədib, xəsarət alan var - FOTO

Bakıda “Gelandewagen” qəza törədib, xəsarət alan var - FOTO
  • Olay

  • Bakı-Sumqayıt şossesində iki avtomobil toqquşub.

    Asiya.az
    xəbər verir ki, qəza şossenin Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
    10 MY 551 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” markalı avtomobil yüksək sürətlə “Opel” markalı avtomobilə çırpılıb. Sonuncu nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

    “Mercedes”də olan bir nəfər xəsarət alıb. “Opel” markalı avtomobilin sürücüsü “APA”ya bildirib ki, sükanı arxasında olan nəqliyyat vasitəsi nasaz vəziyyətdə yolda dayanıb. Buna görə də qəza işıqlarını yandırıb.
    Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.



    PAYLAŞ:

    Oxşar xəbərlər