Türkiyədə Ərdoğana sui-qəsd planı AÇIQLANDI

Türkiyədə Ərdoğana sui-qəsd planı AÇIQLANDI
  • Olay

  • Türkiyədə PKK üzvlərinin ölkə lideri Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd planının təfərrüatları açıqlanıb.

    Məlumata görə, 2021-ci il dekabrın əvvəlində sui-qəsdi planlaşdıran PKK üzvləri Suriyadakı həmkarlarından partlayıcı aldıqlarını etiraf ediblər.

    Şeyxmus A. adlı PKK-çı Suriya kürdləri hərəkatının üzvü Fırat İlxanın (kod adı Roni) ona Suriyadan zəng edərək partlayıcıları təhvil verdiyini bildirib. Bundan sonra Türkiyədə gecə saatlarında PKK-nın bir qruplaşmasının üzvü ictimai tədbirdə Ərdoğanın təhlükəsizliyini təmin edən polis əməkdaşının maşınının altına bomba yerləşdirib.

    Bomba təhlükəsizlik qüvvələri tərəfindən aşkar edildikdən sonra o və tərəfdaşları detonatorları çaya atıblar. Şeyxmus A. həmçinin bildirib ki, "səngərdəki məğlubiyyətin” qisasını almaq üçün Türkiyə prezidentini öldürmək istəyirlər.

    Xatırladaq ki, insident 2021-ci il dekabrın 4-də Siirtdə baş verib. Ərdoğan bu şəhərdə tərəfdarları qarşısında keçirilən mitinqdə çıxış etməli idi.///Oxu.az
    PAYLAŞ:

    Oxşar xəbərlər