Nazir dünən general olan Raul Zeynalova yeni vəzifə verdi

Nazir dünən general olan Raul Zeynalova yeni vəzifə verdi
  • Siyasət / Manşet

  • Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dünən general-mayor rütbəsi alan Raul Süleyman oğlu Zeynalova yeni vəzifə verib.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazirin müvafiq əmri ilə Raul Zeynalov FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə general-mayor FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini təyin olunub.

    Qeyd edək ki, Raul Zeynalov 27.04.1982-ci ildə Şəmkir rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirib. Ailəlidir, 2 övladı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər