"Qarabağın fatehi, 44 günlük Vətən Müharibəsinin Qəhrəmanı, Ali Baş Komandanın doğum günüdür" - Anar İsgəndərov

"Qarabağın fatehi, 44 günlük Vətən Müharibəsinin Qəhrəmanı, Ali Baş Komandanın doğum günüdür" - Anar İsgəndərov
  • Siyasət / Araşdırma

  • Bu gün - 24 dekabr Qarabağın fatehi, 44 günlük Vətən Müharibəsinin Qəhrəmanı, Azərbaycan xalqını qaliblərin sırasına daxil edən, ölkədə bütün siyasi qüvvələri bir araya gətirən, Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin doğum günüdür.

    2003-cü ilin payızında Heydər Əliyev Azərbaycan xalqına müraciətində deyirdi:
    “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

    2003-cü ildə hakimiyyətə gələn İlham Əliyev ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasətdə əldə etdiyi uğurları təcrübəli dövlət xadimi kimi davam etdirməyə başladı. Dövlətin xarici siyasətində ən ağrılı problemi torpaqların işğaldan azad olunması və Qarabağla bağlı düyünə düşən məsələri həll etmək idi. Azərbaycan tərəfinin apardığı danışıqlar göstərdi ki, nə düşmən tərəf, nə düşmənə havadarlıq edən dövlətlər, nə də ATƏT-in Minsk qrupu bu problemi ədalətli şəkildə həll etmək iqtidarında deyil. Ermənistanın ayrı-ayrı dövlət adamları Azərbaycanı yeni müharibə ilə hədələməyə üstünlük verirdilər. 

    Azərbaycan xanlıqlarının işğalından sonra Cənubi Qafqaza köçürülən ermənilər bu bölgəyə müharibə, terror, soyqırım, qəddarlıq və amansızlıq gətirdilər. 200 ildən artıq idi ki, erməni tərəfi havadarlarının gücündın istifadə edərək Azərbaycan xalqına qarşı dövlət səviyyəsində soyqırım həyata keçirirdi.  Düşmən qovur, bizi qaçmağa məcbur edirdilər.  Birinci Qarabağ müharibəsindən sonra ermənilər iddia edirdilər ki, onların orduları məğlubedilməzdir. Havadarlarına arxalanan ermənilər hətta xaricdə yaşayan erməniləri işğal etdikləri Azərbaycan torpaqlarında məskunlaşdırırdılar.
    Düşmənin növbəti təxribatından sonra Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusu  əks hücuma keçdi. Bu müharibə  tarixə 44 günlük Vətən Müharibəsi kimi daxil oldu.

    Ali Baş Komandan 44 günlük müharibədə düşmən üzərində qələbənin 4 şərtini göstərirdi:
          1. Xalqın və iqtidarın birliyi;
          2. Dağlıq Qarabağ probleminin tarixi və hüquqi tərəflərinin dünyaya çatdırılması;
          3. Güclü iqtisadiyyat;
          4. Güclü Azərbaycan  ordusunun yaradılması;
    İlham Əliyev dövlət başçısı kimi ilk dəfə təcavüzkar Ermənistanı danışıqsız kapitulyasiya bəyanatını imzamağa məcbur etdi.
    İlham Əliyev dünyanın bəzi nüfuzlu dövlətlərinin təzyiqlərinə baxmayaraq Azərbaycanın haqq işini axıra çatdırdı. Heç bir dövlətin təhdidi Azərbaycanın dövlət başçısını öz yolundan döndərə bilmədi.

    Prezident İlham Əliyev 44 günlük müharibə  dövründə informasiya sahəsində ən böyük uğura imza atdı. Xüsusi missiya ilə Azərbaycana göndərilən, jurnalistdən daha  çox ittihamçını xatırladan bəziləri aldıqları cavabdan özlərinə gələ bilmədilər.

    Prezident İlham Əliyev Azərbaycanın tarixinə aşağıdakı ilkləri gətirdi:
      — 18-ci əsrdən Azərbaycan üçün problemə çevrilən Qarabağ məsələsini ədalətli  şəkildə həll etdi.
      — 20-ci əsrin əvvəllərindən başlayaraq Zəngəzur ifadəsi bilərəkdən və düşünülmüş şəkildə bizim tariximizdən çıxarılmışdı. Prezident ilk dəfə bu məsələni prinsipial formada ortaya qoydu.
       — Azərbaycan ilk dəfə Cənubi Qafqazın siyasi xəritəsinə əlavələr edərək Qafqaz evini 3+3 prinsipi ilə əvəz etdi.
       — Qoşulmama hərəkatına rəhbərlik etməklə ona böyük nüfuz gətirdi.
       — Türkdilli dövlətlər arasında səmimi münasibətlərin yaradılmasında xidmətlərinə görə ən böyük mükafatın sahibi oldu.
    Uğurlu fəaliyyətinizlə müstəqil dövlətimizi daha xoş günlərə aparmaq üçün Allahdan Sizə can sağlığı, uzun və sağlam illər arzulayıram.
    Doğum gününüz mübarək, cənab Prezident.
    Anar İsgəndərov,
    Millət vəkili 
    PAYLAŞ:

    Oxşar xəbərlər