Prezidentin "Şöhrət" ordeni verdiyi Sahib Ələkbərov kimdir? - DOSYE

Prezidentin "Şöhrət" ordeni verdiyi Sahib Ələkbərov kimdir? - DOSYE
  • Manşet / Cəmiyyət

  • Dünən Prezident İlham Əliyevin sərəncamı ilə Sahib Ələkbərov "Şöhrət” ordeni ilə təltif edilib.

    Asiya.az
    xəbər verir ki, Sahib Nurəddin oğlu Ələkbərov 10 yanvar 1952-ci ildə Samux rayonunda anadan olub. Onun70 yaşı tamam olur.

    O, 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası), 1984-cü ildə isə Moskva İctimai Elmlər Akademiyasını bitirib.

    Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra, 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis oşləyib. 1975-ci ildən komsomol və partiya orqanlarında çalışıb. 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləyib. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olub.

    2005-ci ildən 2009-cu ilədək Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışıb.

    Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Vergilər nazirinin müavini təyin edilib.

    2020-ci ilin aprelindən isə iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışır.

    Ailəlidir, üç övladı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər