Sahil Babayev milyonluq büdcə talanını necə bağladı? - İTTİHAMLAR

Sahil Babayev milyonluq büdcə talanını necə bağladı? - İTTİHAMLAR
  • Araşdırma / İqtisadiyyat

  • Bir müddət əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin kabinetini təmir edən fəhlənin adına açdığı deyilən “Aznest” və “Aqrikon” şirkətləri haqda xəbərlər yayılmışdı. Dünya Bankından götürülmüş 100 milyon dollarlıq kredit hesabına keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində 17 milyon dollar, dövlət büdcəsindən isə on milyonlarla dollarlıq tenderlər udması barədə yazılmışdı.

    Asiya.az xəbər verir ki, ictimai fəal Bəxtiyar Hacıyev yeni faktlar açıqlayıb. Onun sözlərinə görə, Aznest saytında qoyulmuş nömrə Getcontactda həm də Aqrikon taqları ilə çıxırdı, ikisinin də eyni əl olduğu görünürdü: “Sahil Babayev komandası ilə düşündü, daşındı, böhran kommunikasiyası ilə bağlı məsləhətləri dinlədi, Aznest saytına qoyduqları nömrəni sildilər, GetContactda da nömrəni bağladılar. Cinayətlər də bağlandı!
    Sahil Babayevin bu qədər acgözcəsinə və qeyri-peşəkarcasına dövlət büdcəsini talaması və guya saytdan nömrə silməklə bunu ört-basdır etməsini görmürlər. İş biz vətəndaşlara, fəallara, jurnalistlərə düşür”.

    B.Hacıyev təklif edir ki, Dünya Bankından alınmış və gələcək nəsillərin ödəyəcəyi 100 milyon dollar kreditin 17 milyon dollarını, dövlət büdcəsindən isə hər il on milyonlarla manatın köçürüldüyü bu “Aznest” şirkətinin saytında göstərilən ünvana gedib, “şirkət”i tapaq: “Görək, yaranandan 2 ay sonra milyonluq tenderlər udan şirkətin rəhbəri kimdir, neçə departamenti, işçisi var, ofisi necədir? Tanış olaq da, hər halda xalqın pulları ilə sürətlə böyüyürlərsə, xalq da onları tanısın. Niyə gizlənirlər, niyə nömrə silib, nömrə bağlayırlar?”
    PAYLAŞ:

    Oxşar xəbərlər