Elton Məmmədovun həbsi tələb olunur

Elton Məmmədovun həbsi tələb olunur
  • Manşet / Cəmiyyət

  • Sabiq deputat Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət olunub.

    Asiya.az xəbər verir ki, şikayətçi E. Məmmədovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb edib.

    Şikayət Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın icraatına verilib. Məhkəmənin ilkin baxış iclası fevralın 2-ə təyin edilib.
    Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.
     

     
    Sabiq deputatı kimin həbs etdirdiyi açıqlanmasa da, çox böyük ehtimalla, şikayətçi AMEA prezidenti Ramiz Mehdiyevdir. E.Məmmədov bugünlərdə məhz Ramiz Mehdiyevə qarşı çox ciddi ittihamlar irəli sürüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər