YAP Masallı rayon təşkilatına sədr təyin edildi – FOTO

YAP Masallı rayon təşkilatına sədr təyin edildi – FOTO
  • Siyasət / Manşet

  • Yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. 

     

    Asiya.az xəbər verir ki, iclasın müzakirəsinə “Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi” məsələsi çıxarılıb.

     

    Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri vəzifəsinə Seyfəddin Abusət oğlu Əliyev təyin olunub.

     

    Qeyd edək ki, Seyfəddin Əliyev Masallı Rayon İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışır.

     

    YAP-ın daxili nizamnaməsinə əsasən o icra hakimiyyətində tutduğu vəzifə ilə vidalaşmalı olacaq.

    Asiya.az

    PAYLAŞ:

    Oxşar xəbərlər