Masallı Rayon icra başçısına birinci müavin təyin olundu - DOSYE

Masallı Rayon icra başçısına birinci müavin təyin olundu - DOSYE
  • Siyasət / Manşet

  • Masallı Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.

    Asiya.az
    xəbərMasallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədovun 03 sentyabr 2020-ci il tarixli əmri ilə Məmmədhüseyn Rizvan oğlu Hüseynov Masallı rayon İcra hakimiyyəti başçısının I müavini vəzifəsinə təyin olunub.

    Qeyd edək ki, M.Hüseynov 1981-ci ildə Masallı rayon Xırmandalı kəndində anadan olub.
    1998-ci ildə Masallı rayon Xırmandalı kənd tam orta məktəbini bitirib. 2003-cü ildə Odlar Yurdu Universitetinin Hüquqşünaslıq, 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi münasibətlər və 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Regional İdarəetmə fakultələrini bitirib.

    2004-2006-cı illərdə Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində Məsləhətçi müfəttiş, 2006-2007-ci illərdə isə həmin Mərkəzin baş məsləhətçisi, 2007-2009-cu illərdə Masallı rayon İcra hakimiyyəti başçısının köməkçisi və 2009-cu ildən hal-hazıradək Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

    2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvdür. Ailəlidir, 2 övladı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər