Prezidentin Gəncə şəhərində AZƏRTACA-a müsahibəsi

Prezidentin Gəncə şəhərində AZƏRTACA-a müsahibəsi
  • Siyasət

  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikamızın hər bir şəhər və rayonunun inkişafını, müasirləşməsini, modernləşməsini daim diqqət mərkəzində saxlayır. İl ərzində dəfələrlə regionlara səfər edən cənab Prezident rayon və şəhərlərimizdə yaradılan yaradılan şəraitlə tanış olur, regionlarına inkişafına təkan verəcək alternativ fəaliyyət istiqmətlərini müəyyənləşdirir, müvafiq tapşırıqlar verərək yeni prioritetlər müəyyənləşdirir. 30 yanvar 2021-ci il tarixdə  respublikamızın 2-ci böyük şəhəri olan Gəncə şəhərinə səfər edən cənab Prezident bununla da 18-ci dəfə tarixi şəhərimizə səfər etmiş oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncəyə səfərinin əslində böyük ictimai-siyasi əhəmiyyəti var. Bu, ilk növbədə, Azərbaycanın ikinci şəhərinin infrastrukturu baxımından Bakıya yaxınlaşması layihəsinin gerçəkləşməsinə xidmət edən bir addımdır. Bildiyimiz kimi, cənab Prezident İlham Əliyev illərdir bölgələrdə böyük layihələrin həyata keçirilməsinə çalışır ki, təkcə Bakıdan ibarət bir infrastruktur modeli olmasın. Həmçinin Azərbaycanın bütün bölgələrinə yayılan və şəhərlərin rifahına xidmət edən bir sistem qurulsun. Bu proqramın mərkəzində də Gəncə şəhəri dayanır. Gəncə həm ölkəmizin ən böyük ikinci şəhəri, həm də Qarabağ bölgəsinə yaxınlığı ilə seçilən yerlərdəndir. Gəncə Qarabağda gedən proseslərin idarəetməsində proseslərin çevikliyinə təkan verə bilər. Kəlbəcərin, Laçının, Tərtərin, Ağdam zonasının bərpası və inkişafı baxımından Gəncənin logistik məkan olması bu cəhətdən önəmlidir. Ona görə də Prezident İlham Əliyev burada enerji layihələrinin həyata keçirilməsini xüsusi vurğuladı. Səkkiz yüz milyon manat dəyərində içməli su layihəsinin həyata keçirilməsinin əhəmiyyətini də diqqətə çatdırdı. Eyni zamanda, Gəncədə kanalizasiya sisteminin tam bərpa olunmasını, yekunlaşmağa doğru getdiyini bildirdi. Qeyd etdi ki, bu layihənin icrası nəticəsində Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq. Gəncə həm də nəqliyyat dəhlizinin mərkəzində yerləşir. Bu şəhər, həmçinin Gürcüstanla əlaqələr baxımından da vacib əhəmiyyətə malikdir. Burada salınan yolların həm də İpək yolunun bir hissəsi olması Gəncəni önəmli regiona çevirir.


    Cənab Prezident İlham Əliyevin Gəncəyə səfəri bütövlükdə şəhərdə mədəni həyatın bərpasını diqqət mərkəzinə gətirdi. Gəncənin Azərbaycanın ilk paytaxtı olması şəhərin tarixi əhəmiyyətini göstərir. Dövlətimizin başçısı, həmçinin Gəncə Aqrar Universitetinin iki yataqxanasının tikildiyini də vurğuladı. Bu da onu göstərir ki, gələcəkdə ola bilsin Gəncədə ali məktəblər şəbəkəsinin genişlənməsinə gətirib çıxaracaq siyasətin şahidi olacağıq. Paralel olaraq Gəncədə böyük İdman Sarayının tikintisinin tezliklə başa çatması da gözlənilir. Gəncə İdman Sarayının hazır olması şəhərin turizm və idman mərkəzi kimi əhəmiyyətini artıracaq. Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi də vacib mədəni hadisələrdən biridir. Bu, bütövlükdə Gəncənin həyatını əhatə edəcək bir layihənin icrasından xəbər verir. Bundan əlavə, Gəncənin Qarabağ istiqamətində mərkəz rolunu oynayacağını cənab Prezident İlham Əliyev də təsdiqlədi. İkinci vacib məsələ isə müharibə dövründə Gəncədə baş verən hadisələrin unudulmamasıdır. Belə ki, 4 hektar ərazidə Gəncə Memorial Kompleksinin salınması, evlərin olduğu kimi saxlanılması buraya gələn turistlərə erməni vəhşiliyinin əyani şəkildə göstərilməsi baxımından faydalıdır. Çünki biz bunu sübuta ehtiyacı olmayan proses kimi qiymətləndirməliyik. Ermənilər Gəncəyə raket atmaqla mülki əhalini hədəf alıblar. Raket zərbələri nəticəsində Tərtər, Bərdə, Ağcabədi və digər bölgələrimiz ciddi ziyan gördü, insan tələfatı baş verdi. Ona görə də Gəncədə Memorial Kompleksin salınması gələcəyə istiqamətlənən bir addımdır. Çünki müharibə zonasına aid olmayan Gəncədə 26 vətəndaşın faciəli şəkildə ölümünə səbəb olan raket zərbələri Ermənistan tərəfindən endirilib. Düşmənin mülki əhaliyə qarşı törətdiyi bu hadisə müharibənin gedişinə təsir etmək məqsədi güdürdü. Amma ermənilərin bu istəkləri reallaşmadı.


    Gəncədə erməni faşizmi təhlükəsinin hələ də qaldığını vurğulayan Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətə verdiyi mesajla Azərbaycan cəmiyyətinə çağırışı idi. Cənab Prezident onu da qeyd eti ki, başqa dövlətlər də erməni faşizminin bir daha dirçəlməməsi üçün səfərbər olmalıdırlar. Njdenin Ermənistandakı abidəsi faşizmi təbliğ edir. Ermənistanda faşizmin təbliğ olunmasına qarşı təkcə bizdə yox, hər yerdə reaksiyalar verilməlidir. Əgər erməni faşizmi məhv olmasa, bölgədə gələcək problemlərə yol aça bilər. Dövlətimizin başçısı bildirdi ki, bölgədə yenə də erməni təhlükəsi yaranarsa, Azərbaycan güclü, əzmli bir ölkə kimi onu məhv edəcəkdir. Prezident İlham Əliyev bir daha Azərbaycan cəmiyyətini bir olmağa səslədi. Çünki xalq dövlət başçısına güvənirsə, çox şeyin öhdəsindən gələ bilər. Necə ki, 44 günlük Vətən müharibəsində xalq öz Liderinə, dövlətinə dəstək olduğu üçün tarixi Zəfər qazandıq.


    Cənab Prezidentin səfərləri bölgələrin inkişafına xidmət edən amil kimi qiymətləndirilməlidir. Eyni zamanda, səfər burada iş yerlərinin açılması istiqamətində atılan addımların təbliği baxımından olduqca vacibdir. Necə ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposunun açılması çox böyük hadisədir.

     

    Qəşəm Hadıyev – Masallı şəhər sakini, Vətən müharibəsi veteranı

    PAYLAŞ:

    Oxşar xəbərlər